13 minə yaxın insan tibbi yardım alıb

saytların hazırlanması

Evə çatdırılma

13 minə yaxın insan tibbi yardım alıb

Sosial

22 Fevral 2019 21:51 672


“Azercell Telecom” fəaliyyətində insanların həyatının yaxşılaşdırılmasına yönəlmiş sosial layihələrə xüsusi yer ayırır.

“Yeni Sabah” xəbər verir ki, belə layihələr sırasına “Mobil Göz Klinikası “ və “Mobil Diş Klinikası ”nı aid etmək olar.  Fəaliyyətləri dövründə adıçəkilən klinikalar tək Bakı deyil, həm də regionlara səfər edərək, valideyn himayəsindən məhrum uşaqları, qocaları, az təminatlı ailələri, məcburi köçkünləri müayinə və müalicə ilə təmin edib. 2018-ci il ərzində Bakı və Abşeron ərazisində ümumilikdə 628 uşaq “Mobil Diş Klinikası”nın xidmətlərindən yararlanıb, 8 illik fəaliyyəti ərzində isə tibbi yardım almış şəxslərin sayı 5000-i keçib.

2011-ci il iyun ayının 1-ində Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan “Mobil Göz Klinikası” bu illər ərzində 7500-ə yaxın şəxsə tibbi yardım göstərib. Qeyd edək ki, bu layihələr çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!