Ağdam rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Əfətli kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ-21099" markalı 02-BS-884 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 13 yaşlı yeniyetməni - 2006-cı il təvəllüdlü İbrahim Məmməd oğlu Abbasovu vurub. O, ağır vəziyytədə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib. Müayinədən sonra aidiyyəti üzrə təhvil verilib. Dominos pizza
Faktla bağlı araşdırma aparılır.
Report
Telegram kanalımız