133 yaşlı tarixi məktəbin son halı - Burada kimlər təhsil alıblar?

saytların hazırlanması

Evə çatdırılma

133 yaşlı tarixi məktəbin son halı - Burada kimlər təhsil alıblar?

Sosial

18 Yanvar 2025 18:27 445


Azərbaycanın ilk təhsil ocaqlarından olan Əxtər baxımsız vəziyyətdədir. Bu məktəb 1892-ci ildə Ordubad şəhərinin mərkəzində görkəmli maarifpərvər ziyalı Məhəmməd Tağı Sidqi tərəfindən yaradılıb. Məktəbdə dərslər ana dilində aparılırdı.

Azərbaycanın ilk diplomatlarından İbrahim Əbilov və yazıçı Məmməd Səid Ordubadi ibtidai təhsillərini bu məktəbdə alıblar.

Dosent Nurlana Əliyeva bildirib ki, milli məktəb kimi fəaliyyətə başlayan Əxtər 1896-cı ilə qədər fəaliyyətini davam etdirib: Dominos pizza

"Həmin ildən sonra məktəb Rus-Azərbaycan məktəbinə çevrilib. İki il Məhəmməd Tağı Sidqi məktəbə rəhbərlik edib. Bura xalqın maddi vəsaiti hesabına dolanırdı. Məktəbdə varlı uşaqları üç manat ödəyərdilər, kasıb balaları isə pul ödəməzdilər".

Qeyd edək ki, sözügedən bina uzun illər müxtəlif təyinatlar üzrə istifadə edilib. Hazırda isə tikili yararsız vəziyyətdədir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyindən bildirilib ki, tarixi binanın yaxın gələcəkdə bərpası nəzərdə tutulur.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!