Türkiyənin Sakarya vilayətində özəl məktəblərin birində təhsil alan 141 şagird zəhərlənib.
“Yeni Sabah”ın “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Şagirdlər qusma və qarın ağrısı şikayəti ilə müxtəlif xəstəxanalara yerləşdiriliblər. Hazırda 26 şagirdin müalicəsi davam etdirilir, digərləri isə evə buraxılıb. Marqarita pizza
Şagirdlərin qida və sudan zəhərləndiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız