146 kiloqram yarasız ət və at başları aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

146 kiloqram yarasız ət və at başları aşkarlandı

Sosial

05 Aprel 2019 15:55 720


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Armud Padar kəndi ərazisinin meşə zolağında Köhnə asvalt zavod adlanan əraziyə baxış keçirən zaman həmin sahədə 110 kq sümüklü, 36 kq sümükdən ayırılmış mənşəyi məlum olmayan heyvan cəmdəyi, at başı, ayaqları və digər hissələri aşkar olunub.

Agentlikdən "Yeni sabah"a verilən məlumata görə, ilkin araşdırma zamanı aşkar olunan ətin orqonoleptik göstəricilərinə əsasən istifadəyə yararsız olduğu müəyyən edilib. Aşkar olunan məlum olmayan ətlər insan istehlakı üçün yararsız və insan sağlamlığı üçün təhlükəli olduğundan agentlik əməkdaşları tərəfindən utilizasiya olunub. 

AQTA vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Agentlik vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduğu təqdirdə agentliyin 1003 nömrəli "Çağırı Mərkəzi”nə məlumat verməyi xahiş edir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!