Tarixdə bu gün hansı hadisələr baş verib?
Yenisabah.az fevralın 16-da baş verən ən mühüm hadisələrin xronlogiyasını təqdim edir:
1916 - Birinci dünya müharibəsinin gedişində Qafqaz istiqamətində hücumunu davam etdirən Rusiya qoşunları Türkiyənin Ərzurum ilini işğal edib. pizza mizza
1918 - Rusiya İmperiyasının dağılmasından istifadə edən Litva dövlət müstəqilliyini elan edib.
1933 - Almaniyanın gələcək təcavüzü qarşısında bir araya gələn Çexoslovakiya, Rumıniya və Yuqoslaviya "Kiçik Antanta" ittifaqı yaradıblar.
1936 - İspaniyada keçirilmiş parlament seçkilərində kommunistlərin qurduqları Xalq Cəhbəsi qalib gəlib.
1956 - Britaniyada ölüm hökmü ləğv edilib. Bu, Avropa Şurası ölkələri içərisində ölüm hökmünün ləğvinə dair ilk addımlardan biri idi.
1959 - Fidel Kastro Kubanın baş naziri vəzifəsinin icrasına başlayıb.
1999 - Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində terror hadisəsi baş vermiş, bir neçə partlayış nəticəsində 15 nəfər həlak olmuş, onlarla adam yaralanıb.
Telegram kanalımız