17 İŞİD-çi haqqında ölüm hökmü - Məhkəmə qərarı

saytların hazırlanması

Evə çatdırılma

17 İŞİD-çi haqqında ölüm hökmü - Məhkəmə qərarı

Dünya

20 Dekabr 2022 09:44 655


Liviyada məhkəmə 17 nəfəri İŞİD-ə qoşulmaqda və onun adından vəhşiliklər törətməkdə təqsirli bilərək ölüm hökmü çıxarıb.

Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, bundan başqa, Tripoli məhkəməsi daha 2 nəfəri ömürlük həbsə və 14 nəfəri yüngül cəzalara məhkum edib.

Prokurorluğun bəyanatında deyilir ki, onlar İŞİD-lə əlaqəli digər fəaliyyətlərdə və qərbdəki Sabrata şəhərində və onun ətrafında dövlətə və ictimai sülhə hücum və silahlı zorakılıqda təqsirli biliniblər. Dominos pizza

Müttəhimlər ümumilikdə 53 nəfəri öldürüb, ictimai binaları dağıdıb, onlarla insan itkin düşüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!