17 min uşaq yetim qalıb... - Qəzzada son durum 

saytların hazırlanması

Evə çatdırılma

17 min uşaq yetim qalıb... - Qəzzada son durum 

Dünya

09 Fevral 2024 12:23 567


Qəzza zolağında təxminən 17 min fələstinli uşaq valideynlərindən birini və ya hər ikisini itirib. 

Bakupost.az xəbər verir ki, Qəzzada hökumətin Media İdarəsinin baş direktoru İsmayıl əs-Savabite Qəzzanın mərkəzindəki Şuheda əl-Əqsa xəstəxanasında mətbuat konfransı keçirib.

Mətbuat konfransında danışan Sevabite, "Soyqırım müharibəsinin başladığı gündən bu yana Qəzza zolağında 17 minə yaxın fələstinli uşaq ailəsiz yaşayır. Bu uşaqların ailələrindən bəziləri şəhid olub və ya həbs edilib, bəziləri isə valideynlərini itirib”, deyə əlavə edib. Pepperoni pizza

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında 12 min 150 uşaq, 8 min 300 qadın, 340 tibb işçisi, 46 mülki müdafiə işçisi və 123 jurnalist öldürülüb.

Yaşamaq uğrunda mübarizə aparan insanlar yemək, su və dərman tapa bilmirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!