“17 yaşında uşağı alıb gətirmişdin” - Tacirin xanımı

saytların hazırlanması

Evə çatdırılma

“17 yaşında uşağı alıb gətirmişdin” - Tacirin xanımı

Şou

23 Sentyabr 2019 08:36 1329


Müğənni Tacir Şahmalıoğlu həyat yoldaşı Kəmalə ilə bağlı hər kəsi təəccübləndirəcək açıqlama verib.

"Yeni Sabah" xəbər verir ki, sənətçi “Zaurla günaydın” proqramında qonaq olarkən evləndiyi xanımın Bakıya gələrkən üzləşdiyi çətinliklərdən söhbət açıb:

“Mən bunu alıb Bakıya gətirəndə çox şeyi bilmirdi. Binaya baxıb soruşurdu ki, bu nədir? Deyirdim ki, binadır, içində adamlar yaşayır. Qardaş, indi mənə olduğu yeri telefonda konum atır ki, gəl. Bu qədər böyüyüb, mənim işim çətinləşib”. Sezar pizza

Verilişdə qonaq olan Kəmalə Tacirin sözlərinə belə reaksiya verib: “Sən 17 yaşında uşağı alıb gətirmişdin. Ona görə belə olmuşdu”.

/qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!