17 yaşlı qızı zorla ərə vermək...

saytların hazırlanması

Evə çatdırılma

17 yaşlı qızı zorla ərə vermək...

Rəsmi

01 Avqust 2019 07:42 3154


“17 yaşlı qızın zorla ərə verilməsinə görə intihar etməsi üzücü xəbərdir. Ancaq problemin kökü daha dərindir”. 

“Yeni Sabah” xəbər verir ki, bunu eksspert Qadir İbrahimli Zaqatala rayonunda 17 yaşlı qızın intiharına münasibət bildirərkən deyib. O,     qeyd edib ki, problemin kökü valideynlərin uşağı öz arzulaının girovuna çevirməsi xəstəliyidir. 

“Bu xəstəlik genetik hal alıb. “Əgər tibb və ya hüquqa girməsən, səni boğaram” deyən valideynlə 17 yaşlı qızını zorlə ərə verən valideyn arasında heç bir fərq yoxdur – hər iki tip eyni xislətlidir.  pizza mizza

Hər dəfə Dövlət İmtahan Mərkəzi yekun nəticələrini elan edəndə istədiyi universitetə daxil ola bilməyən abituriyentlərin ürək parçalayan intihar xəbərlərini oxuyuruq. Bu intiharlaın kökündə valideynlərn məhz eqoist xisləti dayanır. 

Qızımın ixtisas seçimində anasının bir arzusu, mənim başqa arzum var idi. Ancaq anasına konkret dedim ki, bizim arzularımızı deyə və əsaslandıra bilərik, son seçim hüququ isə uşağın özünündür. Uşaq isə bizim arzularımıza rəğmən başqa ixtisas seçdi və bizə yalnız “yolun açıq olsun, qızım” demək qaldı. 

Uşaq gələcəkdə öz seçimində yanıla bilər. Ancaq bu öz seçimi olduğuna görə psixologiyası zədələnməyəcək və vəziyyətdən çıxmaq üçün yeni qərarlar qəbul edəcək. 17 yaşlı qız könüllü ərə gedə bilər, burada qəbahət bir şey yoxdur, bir şərtlə ki, bu öz seçimi olsun, sevdiyi oğlana ərə getsin– 17 yaşında ərə gedən, normal ana olan və uşaqlarına yüksək təhsil verən qadınlar kifayət qədərdir. 

Baxmayaraq ki, qızların 19-20 yaşından tez ərə getməsini təqdir etmirəm – adam həyatı az-çox dərk edib ailə qurmalıdır. Faciə qızı zorla ərə verməkdə, ondan zorla həkim və ya prokuror “düzəltməkdədir”. 

Uşaqlarınızı zorla ərə verməyin, zorla həkim və ya prokuror etməyin, ən başlıcası isə uşaqlarınızın seçim hüququnu tanıyın, əks halda uşağı məhv edəcəksiniz – ya psixolji, ya da fiziki olaraq!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!