170 saat sonra daha bir nəfər xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

170 saat sonra daha bir nəfər xilas edildi

Hadisə

13 Fevral 2023 07:49 1086


Türkiyədə zəlzələdən 170 saat sonra daha bir nəfər xilas edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə TRT1 telekanalında canlı yayımda bildirilib. Məlumata görə, Qaziantep vilayətinin İslahiyə rayonunda dağıntılar altında 170 saat qalmış 40 yaşlı Sibel Kaya xilas edilib.

Zəlzələ bölgəsində xilasetmə işləri davam etdirilir. Pepperoni pizza

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!