Amerikalı Leksi Alford bütün ölkələri gəzən ən cavan qadın kimi “Ginnesin rekordlar kitabı”na düşüb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, 21 yaşlı Leksi 177 gün ərzində 195 ölkəni gəzib. O, bəzən səyahətinə fasilə verərək evinə qayıdıb. Beləliklə, dünya turuna ümumilikdə 2 ilini həsr etdiyi üçün “Ginnesin rekordaklar kitabı”nın “ən sürətli səyahət edən" kategoriyasına düşə bilməyib. Gənc qadın hazırda turist məsləhətçisi kimi fəaliyyət göstərir.
Sabrina Eldarqızı pizza mizza
Telegram kanalımız