Əbədiyyətin varlığına hər zaman inanmışam. Elə şəhidlərimizin də həmin əbədiyyətdəki ən gözəl köşədə oturduqlarına.
Bu gün aprel döyüşlərinin ildönümüdür. 6 il keçdi bu savaşdan. Mən isə sizə həmin döyüşdə iştirak edən 18 dostdan danışmaq istəyirəm. Hansı ki, saatlar sonra onlar 24 illik məğlub xalqa ilk qələbəni yaşatdılar və qəhrəmancasına şəhid oldular. Onların şücayətindən cəsarət alan oğullarımız isə 4 il sonra bu məsələni kökündən həll etdilər.
Qarabağ məsələsini illərdir ürəklərində qübar edən bu millətin cəsur oğullarının ayağa qalxdığı gün də apreldən başladı. Həmin bu 18 dost isə qorxu bilmədən bu torpaq uğrunda canından keçməyi özlərinə Vətən borcu kimi hifz etdilər. Toyuqlu pizza
Biz çox ağır günlərdən keçmişik. 90-cı illərin çadır düşərgələrində böyüyən, ayaqyalın, başıaçıq öz evini ailəsi ilə geridə qoymağa məcbur olan uşaqlar 2 il öncə tank belində o torpaqlara geri qayıtdılar. Çünki nifrət duyğusu insanda heç bir zaman bitmir. Nifrət illər keçdikcə insanı formalaşdırır, hətta məqsədləri üçün savaşmağa vadar edir. Necə ki, biz savaşdıq. Torpağa gəldikdə isə torpaq öz sahibini hər zaman arayır, axtarır. İnsan harada anadan olubsa, dünyanın harasında olursa, olsun, o torpaq gec, yaxud da tez onu özünə çəkir. Elə bu 18 qəhrəmanı da həmçinin.
“Zəfər, zəfər mənimdir deyə bilənindir” söyləyib Mustafa Kamal Paşa. Zəfər sizin, zəfər bizim, zəfər bu millətin oldu. Allah sizlərə qəni-qəni rəhmət etsin, qardaşlar!
Rafi Müslümov
Telegram kanalımız