18 yaşlı əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

18 yaşlı əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıldı

Kriminal

09 İyun 2025 16:37 378


Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsənli Rasim Raməddin oğlunun ölüm faktı əsasında prokurorluq əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri hərəkətlər icra edilib.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, faktla bağlı Bakı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    BİR ANLIĞA BU HƏKİM ÖZ OĞLUNU BU GƏNC ƏSGƏRIN YERİNƏ QOYSUN. BUDİRMU VİCDANLI VƏ LƏYAQƏTLİ HƏKİM ANDI?
    11 months ago