190 manat üçün bu gün bu rayonların sakinləri müraciət edə bilər – Siyahı

saytların hazırlanması

Evə çatdırılma

190 manat üçün bu gün bu rayonların sakinləri müraciət edə bilər – Siyahı

İqtisadiyyat

09 Aprel 2020 10:35 2794


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik 190 manat sosial yardımın verilməsi üçün rayonlar üzrə elektron qaydada müraciət günlərinin qrafiki hazırlanıb. Bu qrafikinə tətbiqinə səbəb müraciət edənlərin çox olması və nəticədə sistemdə problemin yaranmasıdır.

Yenisabah.az xəbər verir ki, bu gün qrafik üzrə Bakı şəhərinin Xətai, Nərimanov, Nizami, Qaradağ rayonları və Sumqayıt şəhəri, Abşeron, Xaçmaz , Quba, Şirvan, Ağdaş, Qusar, Hacıqabul, Şabran, Siyəzən rayonlarının sakinləri www.e-sosial.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, interneti olmayan  və yaxud qeydiyyatdan keçməyi bacarmayan vətəndaşlar gün ərzində rayon Məşğulluq Mərkəzlərinə prosesin yerinə yetirilməsi üçün telefonla müraciət edə bilərlər. Məşğulluq Mərkəzlərinin telefon nömrələrini öyrənmək üçün  isə  http://sosial.gov.az/laq-nomrlri linkindən istifadə mümkündür. pizza

Qeydiyyatdan keçmək qaydaları ilə bu LİNKdə tanış olun!

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!