2 gündə vətəndaşların bank kartlarından 5 min 600 manata yaxın pul oğurlanıb

saytların hazırlanması

Evə çatdırılma

2 gündə vətəndaşların bank kartlarından 5 min 600 manata yaxın pul oğurlanıb

Kriminal

02 İyun 2025 10:37 304


Daxili İşlər Nazirliyi vətəndaşları naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı ehtiyatlı olmağa çağırır.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 31-də və iyunun 1-də DİN-ə daxil olan müraciətlər əsasında ayrı-ayrı vətəndaşların bank hesablarından 1351, 1323, 1000, 900, 500, 450 və 55 manat məbləğində vəsaitin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib. Marqarita pizza

Zərərçəkmiş şəxslər naməlum şəxslərə bank kartının nömrəsi, kartın istifadə müddəti, CVV/CVC kodu (kartın arxa hissəsində yerləşən 3 rəqəmli təhlükəsizlik kodu), mobil nömrəyə SMS vasitəsilə göndərilən birdəfəlik OTP kodlarını veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!