Bakıda yol qəzasında 2 nəfərin ölümündə təqsirləndirilən Xalid Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Yenisabah.az Pravda-ya istinadla ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib. Pepperoni pizza
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Hadisə bu il avqustun 24-də paytaxtın Suraxanı rayonunda - Zığ şosesində baş verib.
Xalid Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb. Nəticədə Müşfiq Mustafayev və onun həyat yoldaşı Anargül Mustafayeva ölüb.
Daha sonra Xalid Quliyev saxlanılıb.
Xatırlatma: Qəza nəticəsində vəfat edən Müşfiq Mustafayev Bakı Metropoliteninin əməkdaşı olub. O, xeyli vaxt imiş ki, Metropolitenin təsərrüfat qatarının maşinisti kimi çalışırmış. Anargül Mustafayeva isə 267 saylı orta məktəbdə müəllim işləyirmiş.
Telegram kanalımız