Belçika və Niderland əsas futbol liqalarını birləşdirə bilər. Bu barədə hər iki ölkənin futbol federasiyaları arasında danışıqlar aparılır.
Yenisabah.az xəbər verir ki, yerli komandalar çempionat daxili rəqabəti artırmaq və Avropanın əsas liqaları ilə yarışda geridə qalmamaq üçün bu təşəbbüslə çıxış edib.
Nəzərdə tutulan liqada Belçika və Niderlandın ən güclu klubları çıxış edəcək. pizza
Niderlandın “Ayaks”, “PSV”, “Feyenoord”, “AZ Alkmar”, Belçikanın isə “Klub Brügge”, “Anderlext”, “Standart Liej” və “Gent” kimi komandaları sözügedən çempionatda çıxış etməyi planlaşdırır. Layihə baş tutacağı təqdirdə Avropa qitəsinin ən yaxşı 5-ci liqasına çevrilə bilər.
Telegram kanalımız