2 qardaşın ölümü ilə bağlı cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

2 qardaşın ölümü ilə bağlı cinayət işi açıldı

Kriminal

23 İyul 2024 22:30 1533


İyulun 23-də saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Abşeron rayon prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Mərdan Bağırovun birgə yaşadıqları mənzildə qardaşı 1962-ci il təvəllüdlü Sərxan Bağırova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsi, daha sonra isə özünü binadan ataraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. Dördpendirli pizza

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xatırladaq ki, daha əvvəl Abşeron rayonunda iki qardaş arasında münaqişə nəticəsində birinin bıçaqlandığı, digərinin intihar etdiyinə dair məlumat yayılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!