2 rayonda qəza: 8 nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

2 rayonda qəza: 8 nəfər xəsarət aldı

Hadisə

16 Oktyabr 2025 16:06 167


Biləsuvarda yol qəzasında xəsarət alanların sayı 4-ə çatıb.

Yenisabah.az TƏBİB-ə istinadla xəbər verir ki, bu gün saat 13:30 radələrində Aşağı Cürəli kəndi ərazisində qeydə alınan qəzada xəsarət alanlar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin sınığı travması diaqnozu təyin olunub, pasiyentələrə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Pepperoni pizza

Füzulidə "Mercedes" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində də 4 nəfər xəsarət alıb. Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!