2 uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

2 uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu

Kriminal

03 İyun 2025 13:37 308


Bakıda 2 uşaq anasının ölümündə təqsirləndirilən həkimə hökm oxunub.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki,  Binəqədi Rayon Məhkəməsində ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə B.Mahmudov 2 il 9 ay azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Dominos pizza

İttihama görə, Aybəniz Almuradova ötən il iyunun 11-də liposaksiya əməliyyatı üçün "Reo-Med" klinikasına müraciət edib və iyulun 2-də həyatını itirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Dünyasını dəyişən A.Almuradova iki azyaşlı uşaq anası olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!