20 tona yaxın məhsul məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

20 tona yaxın məhsul məhv edildi

Sosial

15 Aprel 2019 18:25 713


Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının iştirakı ilə “Sun Food” MMC tərəfindən istifadəyə yararlılıq müddəti keçmiş 19,5 ton istifadəyə yararsız qida məhsulu məhv edilib.

Qurumdan "Yeni Sabah"a verilən məlumata görə,  “Sun Food” istifadəyə yararlılıq müddəti keçmiş 19508 kq qida məhsulunun məhv edilməsi üçün agentliyə müraciət edib.

AQTA əməkdaşlarının iştirakı ilə yararlılıq müddəti bitmiş ümumi çəkisi 19508 kq olan 20-yə yaxın müxtəlif növə aid qida məhsulu Sumqayıt Məişət Tullantıları Poliqonunda məhv edilib. Sezar pizza

Qeyd edək ki, qanunvericiliyə əsasən saxlama müddəti ötmüş qida məhsulları insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur, onların satışı və istifadəsi yolverilməzdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!