Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini vətəndaşlara “20 yaş çellenci” ilə bağlı xəbərdarlıq edib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir müavini Ömər Fateh Sayan bu haqda sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, fərdi məlumatları və üz ifadələrini təkrarlayan “çelenc”lər vizual məlumatların hazırlanması üçün zəmin yaradır. pizza
O, insanları diqqətli olmağa səsləyib:
“Şəxsi məlumatlarımız bizi konkret və ya müəyyənləşdirən, bizi tanıdan və bizə məxsus olan məlumatlarımızdır. Bu səbəbdən də şəxsi məlumatlarımızı qoruyarkən, xüsusən də sosial mediada paylaşarkən daha diqqətli olmalıyıq”.
Qeyd edək ki, sözügedən 20 yaş “çelenc”i Azərbaycanda da populyarlaşıb.
Telegram kanalımız