Azərbaycanda hazırda ahıllar üçün sosial xidmət müəssisəsində 222 ahıl şəxs yaşayır.
"Yeni Sabah" Report-a istinadla xəbə verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Onlardan 124-ü kişi, 98-i qadındır. pizza hut
Bilgəh qəsəbəsində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Bu müəssisədə stasionar formada sosial xidmətlər göstərilir, ahıllarla sosial iş aparılır və onların sosial reabilitasiyası həyata keçirilir.
Müəssisəyə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir. Ahıllara sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir.
Telegram kanalımız