“2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir”

saytların hazırlanması

Evə çatdırılma

“2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir”

Siyasət

18 Mart 2026 18:54 717


Prezident İlham Əliyev birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağda olduğunu bildirib və bunu böyük xoşbəxtlik adlandırıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənd rayonunun Xanoba kəndinə qayıdan sakinlərlə görüşündə danışıb.

"Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir", - Prezident vurğulayıb. pizza sifarişi

Dövlət başçısı qeyd edib ki, artıq iki ildir ki, bu diyar işğalçılardan azad olunub:

"Xanoba kəndi 2023-cü ilin sentyabr ayında işğaldan azad edilib və bundan sonra artıq bərpa işləri başlanılıb. Evlər yenidən tikildi-quruldu, bütün şərait yaradıldı. Yəni bu şanlı Zəfərimiz artıq neçə ildir bizim qürur mənbəyimizdir. Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!