Arxada qoyduğumuz hər il həm də itkilərlə yadda qalır. 2021-ci ildə də itirdiklərimiz az olmayıb. Toyuqlu pizzaBu il Azərbaycan mədəniyyət və incəsənətində özünəməxsus iz qoyan bir çox məşhur simanı bizdən alıb.
Yenisabah.az geridə qoymağa hazırlaşdığımız ildə vəfat edən məşhurları təqdim edir:
Ramiz Əzizbəyli
Azərbaycanlı kinorejissor, aktyor. Xalq artisti 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib.
Fikrət Qoca
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının Xalq şairi. 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.
Arif Quliyev
Aktyor, Azərbaycan SSR Əməkdar artisti, Azərbaycan Respublikasının Xalq artisti. 16 may 1950-ci ildə Şirvan şəhərində dünyaya gəlib.
Səyyad Əlizadə
Səyyad Əlizadə bu ilin sentyabrında Covid-19 xəstəliyindən vəfat edib. Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında torpağa tapşırılıb.
Səməd Səmədov
Azərbaycan Respublikasının Xalq artisti. 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. 2000-ci ildə “Toylar Kralı” adını qazanıb.
Aslan Hüseynov
Azərbaycanın məşhur müğənnisi. 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub. O, avtomobil qəzasında dünyasını dəyişib.
Baloğlan Əşrəfov
Müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti. 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. Sənətçi koronavirusdan dünyasını dəyişib.
Zöhrə Abdullayeva
Zöhrə Abdullayeva 28 may 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Yaqub Zurufçu
Əslən İran azərbaycanlısı olan vokalist, müğənni Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. Görkəmli sənətkar 14 sentyabr 2021-ci ildə 65 yaşında vəfat edib.
Rafiq Hüseynov
"Rəmiş" ləqəbi ilə tanınan Xalq artisti Rafiq Hüseynov da bu il aprelin 5-də vəfat edib. O, ağ ciyərində olan problemlərdən əziyyət çəkirdi.
Canəli Əkbərov
Xanəndə, professor, Azərbaycan Respublikasının Xalq artisti Canəli Əkbərov 22 okytabrda insultdan dünyasını dəyişib.
Əsmətxanım
Telegram kanalımız