2022-nin sonuna qədər qan-qada:   “Bu, bəşəriyyət üçün ciddi fəlakət deməkdir“

saytların hazırlanması

Evə çatdırılma

2022-nin sonuna qədər qan-qada: “Bu, bəşəriyyət üçün ciddi fəlakət deməkdir“

Siyasət

16 Aprel 2022 16:02 716


“Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsini dayandırma, atəşkəs rejiminə nail olma təşəbbüsləri göstərilib”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O, ABŞ dövlət katibi Entoni Blinkenin “Ukraynada müharibə ilin sonuna qədər davam edə bilər” açıqlamasına münasibət bildirib: pizza

"İlk danışıqlar Belarusda, Qomeldə keçirilib. Daha sonra Türkiyənin addımları olub, həm də Antalya Diplomatik Forumunda XİN rəhbərləri səviyyəsində görüş keçirilib. Eyni zamanda, Türkiyə prezidentinin vasitəçiliyi ilə Ukrayna və Rusiya nümayəndə heyətləri arasında görüş baş tutub.

Bu görüşlər özlüyündə belə bir təəssürat yaradırdı ki, müharibə dayanacaq və atəşkəs əldə olunacaq, sülh müqaviləsi imzalanacaq və s. Lakin davamlı olaraq Ukraynaya edilən hərbi yardımlar, siyasi dəstək və diplomatik resursların səfərbər olunması bunu deməyə əsas verir ki, Ukrayna ərazisində hərbi əməliyyatlar uzun müddət davam edəcək. ABŞ dövlət katibi Entoni Blinkenin açıqlaması da bunu sübut edir”.

Ekspert əmindir ki, Qərbin Ukrayna ərazisində Rusiyaya qarşı bir fəaliyyət planı var və onun yol xəritəsi çəkilib:

“Britaniya kəşfiyyatı da müxtəlif dövrlərdə Ukraynanın əks-hücum əməliyyatına başlaması ilə bağlı da müxtəlif məlumatlar paylaşıb. Lakin Rusiyanın məqsədi mayın 9-na qədər hərbi əməliyyatları dayandırmaq və bunu öz xalqına qələbə kimi çatdırmaqdır.

Qərbin planları daha uzun müddəti əhatə edir, lakin o, nüvə müharibəsi riski, Üçüncü Dünya müharibəsi ehtimallarını gücləndirir”.

İ. Hüseynov Ukrayna rəsmilərinin son günlər həyata keçirdiyi sərt hərbi ritorikaya toxunub:

““Əgər Kiyev vurularsa, Rusiyanın müxtəlif şəhərləri də Ukraynada raket atəşinə tutulacaq" kimi fikirlər səslənir. Bu, ziddiyyətlərin dərinliyindən xəbər verir, həm də bəşəriyyət üçün ciddi fəlakətlər deməkdir. Çünki Rusiya müharibəni dayandırmaq istəsə, bunu radikal addımlar atmaqla da yekunlaşdıra bilər.

Müharibənin ilin sonuna qədər davam etməsi milli iqtisadiyyatlara mənfi təsirlər göstərəcək. İlk növbədə, ərzaq təhlükəsizliyinə. Ona görə də, bütün dünya müharibənin dayandırılması istiqamətində fəaliyyət göstərməlidir”.

Rafi MÜSLÜMOV

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!