2023-cü ildə uğur qazanan şahmatçılarımıza mükafatlar təqdim olundu - Video

saytların hazırlanması

Evə çatdırılma

2023-cü ildə uğur qazanan şahmatçılarımıza mükafatlar təqdim olundu - Video

İdman

18 Dekabr 2023 21:31 1080


Azərbaycan Şahmat Federasiyası 2023-cü ilə yekun vurub.

Bununla əlaqədar təşkil olunan tədbirdə komandalararası Avropa çempionatında gümüş medal qazanan qrosmeysterlərimiz Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva, 20 yaşadək idmançılar arasında blits üzrə dünya çempionu olan Məhəmməd Muradlı, eləcə də digər turnirlərdə fərqlənən idmançılar iştirak ediblər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov geridə qalmaqda olan ilin uğurlu olduğunu bildirərək, 2024-cü ilin də şahmatçılarımız üçün daha uğurlu alınacağına ümid ifadə ediblər. Daha sonra 2023-cü ilin yekunlarına həsr olunan videoçarx nümayiş olunub. Sezar pizza

Qeyd edək ki, Şahmat Federasiyasının ilin yekunlarına həsr etdiyi tədbirin davamında dünya və Avropa çempionatında fərqlənən qrosmeysterlərimizə mükafatlar təqdim olunub. 

Ətraflı Baku TV-nin süejtində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!