2023-cü ili “Putin ili” adlandırmaq olar

saytların hazırlanması

Evə çatdırılma

2023-cü ili “Putin ili” adlandırmaq olar

Siyasət

03 Yanvar 2024 12:40 761


Ukraynada “xüsusi hərbi əməliyyat”da əldə edilən uğurlar, yeni siyasi müttəfiqlər və Rusiya iqtisadiyyatının sabit göstəriciləri 2023-cü ili inamla Rusiya prezidenti Vladimir Putinin ili adlandırmağa imkan verir.

Yenisabah.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri yazıb.

“Ötən 2023-cü ili “Putin ili” adlandırmaq olar. Bu, Rusiya prezidenti üçün ən yüksək notla başa çatdı və vaxt onun xeyrinə oldu”, – Fransa qəzeti əlavə edib. Toyuqlu pizza

Nəşr yazır ki, Rusiya iqtisadiyyatı sabit inkişaf nümayiş etdirdi, ölkə yeni tərəfdaşlar və ticarətin istiqamətini dəyişdirməklə Qərbin sanksiyalarından necə yan keçməyi başa düşdü:

“Putinin siyasəti Rusiya Federasiyasının təcrid olunmasına imkan vermədi, bunu onun Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına son səfərləri də açıq şəkildə nümayiş etdirdi”.

Fransız jurnalistlərin fikrincə, 2024-cü ilin yazında keçiriləcək seçkilər Rusiyanın hazırkı prezidenti üçün “formal” ola bilər.

Digər əsaslandırma Rusiya Federasiyasının xüsusi əməliyyatda uğur qazanmasıdır. Amerikanın CNN telekanalının jurnalistləri isə hesab edir ki, Putin 2024-cü ilə ötən illə müqayisədə daha inamlı başlayıb.

Onların qənaətinə görə, Rusiya lideri Şimali Koreyanın hərbi dəstəyindən istifadə edir. O cümlədən Rusiya Ukrayna ilə müqayisədə orduda say baxımından da üstünlüyə malikdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!