21 oktyabr: İşğal, patlayış və közərən lampa...

saytların hazırlanması

Evə çatdırılma

21 oktyabr: İşğal, patlayış və közərən lampa...

Maraqlı

21 Oktyabr 2020 10:08 957


Tarixdə bu gün hansı hadisələr baş verib?

Yenisabah.az oktyabrın 21-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:

1520 - Portuqaliyalı səyyah və tədqiqatçı Fernan Magellan Cənubi Amerikanı Antarktidadan ayıran və sonradan onun adı ilə adlandırılan boğazı kəşf edib. Sezar pizza

1879 - Tomas Edison ilk közərmə lampasını sınaqdan çıxarıb.

1915 - İlk transatlantik telefon rabitəsi Virciniya və Paris arasında qurulub.

1935 - Almaniya Millətlər Cəmiyyətindən rəsmən ayrılıb.

1938 - Yaponiya Çinin Kanton şəhərini işğal edib.

1945 - Fransada qadınlar ilk dəfə səsvermə hüququ əldə ediblər.

1950 - Çin Tibeti işğal edib.

1971 - Pablo Neruda Nobel Ədəbiyyat Mükafatını alıb.

1999 - Çeçenistanın paytaxtı Qroznıda bazarda raket partlayışı nəticəsində 110 nəfər öldü, 400 nəfər yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!