211 mənzil 10 saniyəyə satılıb - DTX

211 mənzil 10 saniyəyə satılıb - DTX

Digər Veb saytların hazırlanması

08 İyul 2022 17:41 11979


“Mənzil seçimi prosesində 6 saniyə ərzində 1 nəfər, 7 saniyə ərzində 18 nəfər, 8 saniyə ərzində 52 nəfər, 9 saniyə ərzində 62 və 10 saniyə ərzində 78 nəfər mənzil seçimini tamamlayıb”.

Yenisabah.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova deyib.

“Ümumiyyətlə mənzil seçimi ilə bağlı aparılan araşdırma onu göstərir ki, mənzil seçimində iştirak etmiş şəxslərin demək olar ki, özləri prosesi qanuniləşdirməyib. Onların əvəzinə ya kiberproqramlar tətbiq edilməklə, ya da informasiya texnologiyaları sahəsində xüsusi bilikləri olan şəxslər tərəfindən mənzillər rəsmiləşdirilib”, - DTX rəsmisi bildirib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!