Türkiyə hökuməti Qəzza zolağından 250.000 fələstinlini Türkiyənin cənub-şərqindəki kürd bölgələrinə və Şimali Kipr bölgəsinə yerləşdirməyi planlaşdırır.
Yenisabah.az xəbər verir ki, bu barədə “The Epoch Times” mənbələrinə istinadla məlumat yayıb.
Nəşr yazır ki, Türkiyə və Yunanıstandakı çox yüksək səviyyəli və tarixən etibarlı mənbələr Türkiyə və Qətər hökumətləri ilə HƏMAS arasında həyata keçirilən əsas planları ortaya qoyub. Marqarita pizza
Məlumata əsasən, HƏMAS-ın aparıcı rəsmilərinin iştirakı ilə Türkiyə və Qətər Məxfi Xidmətləri (MİT və Qətər DTX) arasında Qəzzada uzun müddətdir davam edən hadisələr və beynəlxalq xarakterli siyasi tədbirlər paketinin həyata keçirilməsinin mümkün perspektivləri ilə bağlı geniş məsləhətləşmələr keçirilir.
Həmçinin bir çox digər məsələlərlə yanaşı, müzakirə olunanlar arasında humanitar böhranı aradan qaldırmaq üçün Qəzza zolağından, xüsusən də dağıdılmış ərazilərdən, əhəmiyyətli sayda fələstinli qaçqının üçüncü ölkələrə, eləcə də Şimali Kiprə köçürülməsi var.
Telegram kanalımız