27 yaşlı Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

27 yaşlı Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılaraq öldü

Hadisə

02 Avqust 2025 17:45 468


27 yaşlı Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılaraq ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə Lənkəran şəhər sakini 1998-ci il təvəllüdlü Həsən Mənsubov işləmək üçün Serbiya Respublikasına gedib.

Bir neçə gün bundan əvvəl o, yüksək mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan H.Mənsubov Serbiyada xəstəxanaların birinə yerləşdirilib və 4 gün komada qalıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər və o, aldığı xəsarətlərdən ölüb. Dördpendirli pizza

Onun meyitinin bu gün Lənkərana gətirilərək dəfn olunacağı bildirilir.

Qeyd edək ki, Həsən idmanın ağır atletika növü ilə məşğul idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!