28 il sonra dağlarda döyüş: Düşməni diz çökdürən əməliyyat   - Video

saytların hazırlanması

Evə çatdırılma

28 il sonra dağlarda döyüş: Düşməni diz çökdürən əməliyyat - Video

Maraqlı

08 May 2021 12:30 1774


Müstəqilliyin ilk illərində ölkədə hökm sürən hərc-mərclik nəticəsində Azərbaycan ərazisinin təxminən 20 faizini işğal edən Ermənistan beynəlxalq hüququn bütün norma və aktlarına tüpürərək, uzun illər özünün işğal siyasətini davam etdirdi.

BMT-nin müvafiq qətnamələrini yerinə yetirməməsi, Azərbaycan xalqı ilə hədə-qorxu dilində danışması, üstəlik, yeni ərazi iddiaları ilə çıxış etməsi azğın düşmənin cəzalandırılmasını qaçılmaz etmişdi. Azərbaycan xalqının əsəbləri üzərində rəqs edən, müharibə ritorikasından heç bir halda imtina etməyən Ermənistan artıq təkcə bizimçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün təhlükə mənbəyinə çevrilmişdi. Azərbaycan bu təhlükəni dəf etməklə həm də regionda sülhə və əmin-amanlığa töhfə vermiş olacaqdı.

Sezar pizza

Yenisabah.az xatırladır ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa 8 may 1992-ci ildə Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib. Şuşa 28 il düşmən işğalında qalıb. Şuşa ermənilərin əlinə keçəndən sonra burdakı tarix və mədəniyyət abidələri barbarcasına dağıdılmağa başlandı. Azərbaycan xalqının zəngin mədəni irsinə təcavüz edildi, yüz illər boyunca davam edən ənənələr qırıldı, şəhərin akustikası ciddi şəkildə zədələndi. Heç vaxt Şuşada yaşamayan ermənilər dünyanın müxtəlif ölkələrindən bu coğrafiyaya köçürüldü. Şəhərin adı dəyişdirildi, Şuşanın erməniləşdirilməsi siyasətinə start verildi.

Ermənilər Şuşanı həm də Azərbaycan xalqına qarşı mənəvi terror vasitəsinə çevirdilər. Şuşada türk ruhuna zidd olan festivallar keçirməklə xalqımızın heysiyyatı ilə oynamağa başladılar. Ermənistanın bütün dövlət başçılarının, xüsusilə də Nikol Paşinyanın Şuşaya ardıcıl səfərləri əsəblərimizi tarıma çəksə də, düşmənə nifrət ruhumuzu daha da gücləndirdi. Ötən il bu vaxt Paşinyanın Şuşaya səfər edərək, Cıdır düzündə şərab içib azğın bəyanatlar verməsi bardağı daşıran son damla oldu. Azğın düşmənə həddini göstərmək lazım idi. Düşmən öz alçaq hərəkətləri ilə ölüm fərmanını imzalamışdı. Müzəffər Azərbaycan Ordusu tarixi qələbə ilə bunu reallaşdırdı.

Hadisələrin təhlili Azərbaycanın işğal siyasətinə son qoymaq üçün həm siyasi, həm də hərbi baxımdan ən uyğun vaxtı seçdiyini göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, çevik manevrləri, əsl dövlət xadiminə xas olan prinsipial mövqeyi qələbəmizi reallaşdıran başlıca faktor oldu. Ötən il sentyabrın 27-də Ermənistanın Qarabağda növbəti təxribatı anti-terror əməliyyatlarının start götürülməsi ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən əməliyyatlar düşmən ordusunun darmadağın edilməsiylə başa çatdı. Düşmənin hərbi arsenalı sıradan çıxarıldı, çoxlu sayda canlı qüvvəsi məhv edildi. Ermənistan tarixinin ən acı məğlubiyyətlərindən birini yaşadı. Düşmənə yüz illər də bundan sonra unutmayacağı “dərs” verildi.

 

44 günlük Vətən Müharibəsi ardıcıl parlaq qələbələrlə yadda qaldı. Qəhrəman Azərbaycan əsgəri işğal altında olan şəhər və kəndlərimizi bir-birinin ardınca azad etdi. Şuşanın azad edilməsi isə dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Sıldırım qayaları aşan igid əsgərlərimiz dünyada misli görüməmiş şücaət göstərdilər. Dağlarda döyüş Azərbaycan Ordusunun parlaq qələbəsiylə yekunlaşdı. Müharibənin başa çatmasından 6 ay keçməsinə baxmayaraq, müxtəlif dinlərə, dillərə mənsub olan hərbi ekspertlər hələ də bu qələbəni tədqiq edirlər. Heç şübhəsiz ki, Şuşanın azad edilməsi gələcəkdə uğurlu əməliyyat kimi dünya hərb elmində tədris olunacaq.

Şuşa əməliyyatı düşmənin belini qırdı. Düşmən tarixə şahidlik edən sıldırım qayalarda çoxlu sayda itki verdi. Şəhərin azad edilməsiylə barışmayan ermənilərin onu geri almaq üçün göstərdiyi bütün cəhdlər fiaskoya uğradı. İnadkarlıq yeni itkilərə gətirib çıxardı. 2020-ci il noyabrın 7-də düşmənin müqaviməti tam qırıldı. Şuşanın azad olması Ermənistanı kapitulyasiya aktını imzalamağa vadar erdi. Şuşa qələbəsi düşməni çökdürdü.

Hazırda Şuşa yenidən dirçəldilir. Şuşanın bərpa prosesi şəxsən Prezident İlham Əliyevin nəzarəti altındadır. Şuşa tezliklə Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Prezident İlham Əliyevin müharibədən sonra ailə üzvləriylə birlikdə iki dəfə Şuşaya səfər etməsi, bu şəhərdə gecələməsi Şuşaya verilən önəmin təzahürüdür. Qarabağda həyat Şuşadan başlayacaq. 

28 il sonra Azərbaycan xalqı 8 mayı Şuşanın işğal günü kimi qeyd etmir. 1992-ci ilin 8 mayı artıq tarixin arxivinə atılıb, cənab Prezidentin təbirincə desək, gorbagor olub. Şuşa indi azaddır.

Eşidirsinzimi?

Şuşa azaddır!

“Əziz Şuşa, sən azadsan!”  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!