Tarixdə bu gün hansı hadisələr baş verib?
Yenisabah.az oktyabrın 28-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1492 - Xristofor Kolumb Kubanı kəşf edib. Marqarita pizza
1516 - Qəzza yaxınlığında Sinan Paşanın komandanlığı altında Osmanlı ordusu məmlükləri məğlub edib.
1886 - Nyu-Yorkdakı Liberti adasında Azadlıq heykəlinin rəsmi açılış mərasimi keçirilib.
1918 - Çexoslovakiya Avstriya-Macarıstan İmperiyasından ayrılıb müstəqil olub.
1940 - İtaliya ordusunun Yunanıstana hücum etməsi ilə Yunanıstan İkinci dünya müharibəsinə daxil olub.
1941 - SS qüvvələri Litvada 9000-dən çox yəhudini güllələyiblər.
1962 - Karib böhranı: Nikita Xruşşov Kubada sovet raketlərinin sökülməsini elan edib.
1984 - Çin Kommunist Partiyası ölkədəki iqtisadi vəziyyəti düzəltmək məqsədilə açıq rəqabətə şərait yaradılacağını bəyan edib.
1998 - İkinci müddətə Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyevin andiçmə mərasimi keçirilib.
2008 - Moskvada Müslüm Maqomayevlə vida mərasimi keçirildi və həmin axşam cənazə xüsusi reyslə Bakıya gətirilib.
Telegram kanalımız