28 yaşlı fəhlə faciəvi şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

28 yaşlı fəhlə faciəvi şəkildə öldü

Hadisə

13 Mart 2023 13:09 730


Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. 

Abşeron rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, martın 11-i saat 03 radələrində Abşeron rayonu ərazisində yerləşən kərpic zavodlarının birində fəhlə işləyən 1995-ci il təvəllüdlü Elşən Babayevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Araşdırmalarla Elşən Babayevin zavodda quraşdırılmış dəzgaha yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Pepperoni pizza

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. 

İş üzrə istintaq davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!