Tarixdə bu gün hansı hadisələr baş verib?
Yenisabah.az oktyabrın 29-da baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1863 - Anri Dünan Qızıl Xaç təşkilatının əsasını qoyub. Pepperoni pizza
1922 - İtaliya kralı III Viktor Emmanuel Benito Mussolinini hökumət başçısı təyin edib.
1923 - Türkiyə Cümhuriyyəti elan edilib və Mustafa Kamal Atatürk onun ilk prezidenti seçilib.
1929 - Nyu-York fond birjasının iflasa uğraması ilə ABŞ-da iqtisadi böhran başlayıb.
1955 - Sevastopolda sovet "Novorossiysk" linkorunun batması nəticəsində 604 nəfər həlak olub.
1956 - Süveyş böhranı zamanı İsrail ordusu Misir sərhədini keçərək Sinay yarımadasını işğal edib.
1993 - Zəngilan rayonu Ermənistan Respublikası tərəfindən işğal edilib.
1998 - Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Gürcüstan prezidentləri Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri haqqında Ankara Bəyannaməsini imzalayıblar.
Telegram kanalımız