290 gündür koronavirus xəstəsidir: Nə ölür, nə dirilir...

saytların hazırlanması

Evə çatdırılma

290 gündür koronavirus xəstəsidir: Nə ölür, nə dirilir...

Maraqlı

24 İyun 2021 17:53 1078


İngiltərədə yaşayan 72 yaşlı Deyv Smit 290 gündür ki, koronavirus daşıyıcısıdır.

Yenisabah.az xəbər verir ki, o, 43 dəfə koronavirus testi verib, bütün testlərin nəticəsi müsbət olub. Bu barədə BBC-yə danışan Smit hətta bir dəfə 5 saat dayanmadan öskürdüyünü bildirib:

“7 dəfə xəstəxanaya yerləşdirilmişəm. Daha əvvəl leykoz səbəbilə kimyoterapiya qəbul etdiyim üçün bədənim virusa qarşı müqavimətsizdir. Artıq ölməyə hazıram, bu müddət ərzində həyat yoldaşım beş dəfə mənim üçün yas mərasimi təşkil edib”. pizza

Qeyd edək ki, həkimlər virusun necə mutasiya etdiyini anlamaq üçün Smitin üzərində araşdırma aparırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!