“3-cü dalğa müşahidə olunur, yenidən sərhədlər bağlanır” 

saytların hazırlanması

Evə çatdırılma

“3-cü dalğa müşahidə olunur, yenidən sərhədlər bağlanır” 

Sosial

03 Avqust 2020 17:20 4999


Dünya ölkələrinin təcrübəsi göstərir ki, yumşaldılmalara getdikcə alovlanmalar baş verir. Cənub şərqi asiya ölkələrində artıq 3-cü dalğa müşahidə olunur. Bəzi ölkələrdə yenidən sərhədlər bağlanır.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, ölkədə vəziyyətdə nəzarətdə saxlanılır və müsbət dinamika müşahidə olunur. Ölkəmizdə olan müsbət dinamikasının saxlanılması üçün fərdi və ictimai məsuliyyətin saxlanılması vacibdir.

Virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırırıq. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!