3 il işləyib hazırladı - Çobanın qeyri-adi ixtirası

saytların hazırlanması

Evə çatdırılma

3 il işləyib hazırladı - Çobanın qeyri-adi ixtirası

Maraqlı

23 İyun 2026 17:31 723


Avstriyalı fermer qoyunlarını qurd hücumlarından qorumaq üçün qeyri-adi üsula əl atıb.

"Yeni Sabah" xəbər verir ki, Avropanın bir çox bölgəsində canavarların sayının artması fermerləri yeni müdafiə yolları axtarmağa məcbur edib.

72 yaşlı avstriyalı Rudolf Şaubah 3 il ərzində apardığı iş nəticəsində qoyunlar üçün xüsusi qoruyucu zireh hazırlayıb. Zireh qoyunun bədənini əhatə edən tor materialdadır və üzərinə plastik tikanlar yerləşdirilib. Marqarita pizza

Təxminən 2-3 kiloqram ağırlığında olan bu qoruyucu vasitə əsasən canavarların ən çox hücum etdiyi boyun nahiyəsini qoruyur. Şaubahın sözlərinə görə, zirehdəki tikanlar yırtıcı heyvana ciddi zərər vermədən ağrı hiss etdirəcək və gələcək hücumların qarşısını alacaq.

Avstriyalı fermer Avropa Patent Ofisindən patent də alıb. O bu sistemin həm qoyunları, həm də canavarları qorumağa kömək edəcəyini düşünür. Lakin layihə birmənalı qarşılanmayıb. Bəzi heyvan hüquqları müdafiəçiləri və mütəxəssislər zirehin qoyunların hərəkətini məhdudlaşdıra, onlarda narahatlıq yarada və heyvanla bağlı problemlərə səbəb ola biləcəyini bildiriblər.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!