"Google" ABŞ-nin Pensilvaniya ştatında yerləşən 2 hidroelektrik stansiyadan 3 gigavat gücündə enerji almaq üçün "Brookfield" şirkəti ilə 3 milyard dollarlıq müqavilə imzalayıb.
Yenisabah.az xəbər verir ki, 20 il müddətinə imzalanan müqavilə enerji, süni intellekt və məlumat mərkəzlərinin artan tələbatını qarşılamaq məqsədi daşıyır. Şirkət bölgədəki məlumat mərkəzlərinə 25 milyard dollar sərmayə qoymağı planlaşdırır.
"Google" eyni zamanda süni intellekt vasitəsilə enerji inteqrasiyasını sürətləndirmək üçün "PJM" operatoru ilə əməkdaşlıq edir. Müqaviləyə əsasən stansiyalar yenilənəcək və lisenziyalaşdırılacaq. Dördpendirli pizza
Telegram kanalımız