3 rayonda yanğın: Aktiv ocaqlar məhdudlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

3 rayonda yanğın: Aktiv ocaqlar məhdudlaşdırıldı

Hadisə

25 İyul 2025 23:17 528


Ağdam rayonu Gülablı kəndi ərazisində ötən gün başlayan yanğın Xocavənd rayonunun Mirikənd kəndinin ərazisinə keçib.

Yenisabah.az xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazilriyinin (FHN) Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 130 nəfərdən ibarət şəxsi heyəti mübarizə aparır. Bundan başqa, yanğının söndürülməsi üçün 2 helikopter cəlb olunub.

İlkin olaraq 80 nəfər şəxsi heyətin cəlb olunduğu ərazidə hava şəraitinin küləkli olması yanğının söndürülməsini çətinləşdirib. Bu səbəbdən yanğının söndürülməsinə əlavə olaraq 50 nəfərlik qüvvə də cəlb edilib. Pepperoni pizza

Bundan başqa, Ağdərə rayonu Həsənriz kəndində də günorta saatlarında yanğın başlayıb. Sözügedən ərəraziyə də FHN-nin yanğınsöndürmə briqadaları cəlb edilib.

Meşəlik əraziyə keçən aktiv yanğın ocaqları məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!