30 ildə iqlim elə dəyişəcək ki, Madrid Marakeşə bənzəyəcək –   Alimlərdən PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

30 ildə iqlim elə dəyişəcək ki, Madrid Marakeşə bənzəyəcək – Alimlərdən PROQNOZ

Dünya

12 İyul 2019 14:30 1176


Ekosistemlə əlaqəli araşdırmalar aparan “Crowther” laboratoriyasının alimləri planetimizin gələcəyi ilə bağlı qorxulu proqnozlar verirlər.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, elm adamları 30 il ərzində 520 şəhərdə qəribə iqlim dəyişikliklərinin müşahidə olunacağını açıqlayıblar.

Belə ki, 2050-ci ilə qədər şəhərlərin dörddə üçündə iqlim sistemi dəyişəcək. Onların ən azı 20 faizində bu gün dünyanın heç bir yerində müşahidə olunmayan iqlim şəraiti formalaşacaq. Bu dəyişikliklər xüsusilə Şimal yarımkürəsində özünü hiss etdirəcək. Burada daha isti və daha nəmli iqlim şəraiti müşahidə olunacaq. Avropada yay fəsli üçün orta temperatur 3,5 dərəcə, qış ayları üçün orta temperatur isə 4,7 dərəcə artacaq.

Bütün bunların nəticəsində Londonun bugünkü Barselonaya, Stokholmun  Budapeştə, Milanın Dallasa, Madridin isə Mərakeşə bənzəyəcəyi bildirilir..

Alimlər qeyd edirlər ki, bu iqlim dəyişiklikləri siyasətdə və digər sahələrdə yeni  problemləri gündəmə gətirəcək.

Elmi tədqiqatın nəticələri “PLOS One” jurnalında yayımlanıb.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!