DTX-nın ötən həftə İranın Azərbaycandakı agenturası ilə bağlı keçirdiyi əməliyyat zamanı 19 nəfər saxlanılıb. Həmin əməliyyatda saxlanılanların ölkəyə üzərinə “313” yazılmış köynəklər ixrac etdikləri də məlum olub.
Bildirək ki, Azərbaycanda “313” adı ilə bir çox obyektlər, xidmət sahələri də fəaliyyət göstərir ki, bu da onların bir şəbəkə olduğunu söyləmək üçün şübhələr yaradır. DTX-nın son əməliyyatından sonra isə “313” rəqəmindən istifadə edənlər öz tanıtımlarında müəyyən dəyişiklik etmək qərarına gəliblər.
Bu haqda “Yeni Sabah”a xəbər verən məlumatlı şəxslərdən biri deyib ki, həmin rəqəmlə mağaza, dükan, xidmət sahəsi işlədənlərin bir çoxu artıq həmin obyektlərin adında ya tam dəyişiklik, ya da müəyyən redaktələr ediblər.
Buna nümunə olaraq paytaxtdakı “313 Cars” adlı avtomobil xidməti göstərən obyektin adındakı “1” rəqəmi redaktə edilib və obleykt “33 Cars” adlanıb. pizza
Həmin görüntünün videosunu təqdim edirik.
Telegram kanalımız