34 mindən çox iş yeri bağlanıb

saytların hazırlanması

Evə çatdırılma

34 mindən çox iş yeri bağlanıb

İqtisadiyyat

21 Noyabr 2025 09:17 2383


“Dünyada əyləncəli statistikalar çoxdur, onlardan biri də “delfin statistikasıdır” – yəni, bilinən faktdır ki, delfinlər qəzaya uğrayan gəmilərdən insanları xilas edib sahilə gətiriblər, hətta, son 100 ildə dünya mətbuatında bu tipli xəbərləri, təsdiq olunmuş faktları toplayanlar da olub və onlar iddia edirlər ki, son 100 ildə delfinlər 1500-ə yaxın insan xilas edib, sahilə doğru gətiriblər. Amma, təbii ki, delfinlər tərəfindən sahilə deyil də, dənizlərin, okeanların dərinliklərinə aparılan insanların sayı haqqında heç bir rəqəm, məlumat yoxdur”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, 2 il ərzində ölkədə 34800 iş yeri qapadılıb:

“Azərbaycanda nazirlər, məmurlar çox zaman “delfin statistikası” məntiqindən istifadə edirlər, yəni, açılan iş yerləri haqqında deyirlər, bağlanan iş yerləri haqqında isə heç nə söyləmirlər. Məsələn, 2023-cü ildə ölkədə 14 min 900, 2024-cü ildə 11 mindən çox, bu ilin yanvar-sentyabr aylarında isə 8 min 900 iş yeri bağlanıb. Toyuqlu pizza

Beləliklə, 2023-cü ildən bu ilin, 2025-in sentyabr ayının sonunadək ölkədə 34800 iş yeri qapadılıb, yəni, günə 35 nəfər işsiz qalıb...”

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!