34 minə yaxın şəxs işlə təmin edilib

saytların hazırlanması

Evə çatdırılma

34 minə yaxın şəxs işlə təmin edilib

Sosial

05 Aprel 2019 15:51 627


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu ilin birinci rübü ərzində 33 969 nəfər işlə təmin olunub. Bu da 2018-ci ilin birinci rübü ilə müqayisədə 13,2 faiz çoxdur.

Bu barədə “Yeni Sabah"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, işlə təmin edilənlərdən 29 404 nəfərini “İşsizin DOSTu” Proqramı çərçivəsində ödənişli ictimai işlərlə təmin olunanlar təşkil edib. Həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb. Bununla da onlar sosial sığorta sistemində iştirak və gələcəkdə sosial təminat hüquqlarına malik olmaq imkanı əldə ediblər. Dördpendirli pizza

Yanvar-mart aylarında Xidmət tərəfindən işlə təmin edilənlərin 8 826 nəfəri gənclər, 281 nəfəri əlilliyi olan şəxslər, 1876 nəfəri isə məcburi köçkünlər olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!