352 əllilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

saytların hazırlanması

Evə çatdırılma

352 əllilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

Sosial

04 Aprel 2019 16:11 740


Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edənlər arasında həssas qruplara aid vətəndaşlara, o cümlədən əlilliyi olan şəxslərə xüsusi üstünlük verilir.

“Yeni Sabah” xəbər verir ki, cari ilin yanvar-mart aylarında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 352 nəfər əlilliyi olan şəxs kiçik ailə təsərrüfatlarını yaratmaq üçün potensialları nəzərə alınmaqla bu proqrama cəlb olunub. Onlardan artıq bir qismi kiçik biznes fəaliyyətinin qurulmasına dair zəruri bilik və bacarıqlara malik olmaları üçün bir aylıq təlim kurslarında iştirak edir. 

Kursları uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət dəyərləndirilən şəxslər ailə təsərrüfatlarını yaratmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunacaqlar.  Sezar pizza

Hazırda əlilliyi olan şəxslərin proqrama cəlb olunması işləri davam etdirilir.

Xatırladaq ki, ötən il özünüməşğulluq proqramı iştirakçılarından 1000 nəfərini əlilliyi olan şəxslər təşkil edib.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!