37 məhbus səhvən həbsdən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

37 məhbus səhvən həbsdən azad edildi

Maraqlı

26 Sentyabr 2024 12:18 1608


Böyük Britaniyada 37 məhbus səhvən həbsxanadan vaxtından əvvəl azad edilib.

Yenisabah.az xəbər verir ki, hökumətin həbsxanalardakı sıxlığı azaltmaq niyyətinə uyğunn olaraq Ədliyyə Nazirliyi xüsusis proqram həyata keçirib. Lakin təsadüfən əlavə 37 nəfər həbsdən azad edilib. 

İş-işdən keçdikdən sonra məmurlar əl-ayağa düşüb, lakin həmin məhbusların 5-i hələ də həbsxanaya qayıtmayıb. Dördpendirli pizza

Canilərin tapılması üçün polis hərəkətə keçib. Çünki səhvən azad edilənlərin məhkumluqları qüvvədə qalır. Onlar tezliklə dəmir barmaqlıqlar arxasına qayıdacaqlar.

Xatırladaq ki, İngiltərə və Uelsdə 1991-ci ildə təxminən 40 min məhbus var idi. Bir ay əvvəl bu say 88 min 521-ə, bütün zamanların ən yüksək həddinə çatıb. Hökumət proqramının icrasından sonra İngiltərə və Uelsdəki kişi həbsxanalarında cəmi 83 boş yer qalıb. 

Şeyla Səmiyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!