37 yaşlı zavod direktoru ürəktutmadan vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

37 yaşlı zavod direktoru ürəktutmadan vəfat etdi

Hadisə

06 Aprel 2022 11:44 336


Rusiyada azərbaycanlı zavod direktoru gənc yaşında ürəktutmadan vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə yazıçı-publisist Əkbər Qoşalı məlumat yayıb. 

Onun sözlərinə görə, Rusiyanın irimiqyaslı istehsalat müəssisələrindən olan Lipetsk Sement Zavodunun baş direktoru, əslən Şəkidən olan soydaşımız Elvin Məmmədov 37 yaşında ürəktutmasından dünyasını dəyişib. Sezar pizza

Ə.Qoşalı bildirib ki, mərhum E.Məmmədov Azərbaycanda dəfn olunacaq: "Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı işlər aparılır. Mərhumun cənazəsi Şəkidə torpağa tapşırılacaq".

Qeyd edək ki, Elvin Məmmədov Rusiyada yaşayan məşhur azərbaycanlılardan biri, tanınmış xeyriyyəçi Əliş Zabid oğlu Məmmədovun oğludur.

1958-ci ildə Şəkinin Orabon kəndində doğulmuş Əliş Məmmədov Saxa Respublikası Dövlət Məclisinin üzvü, Saxanın Fəxri Vətəndaşı və Əməkdar İnşaatçıdır. O, hazırda Saxa Azərbaycanlıları Cəmiyyətinin – Saxadakı diaspor təşkilatının başçısıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!