374 min manatlıq dələduzluqda ittiham edilən şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

374 min manatlıq dələduzluqda ittiham edilən şəxsə hökm oxundu

Kriminal

14 Oktyabr 2025 17:32 281


Vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Mirsənan Mürsəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Mirsənan Mürsəlizadə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dördpendirli pizza

İstintaq və məhkəmə materiallarına görə, Mirsənan Mürsəlizadə “biznesə sərmayə” və müxtəlif işlər adı altında ümumən 374 min manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirib.

O, vurduğu ziyanın bir qismini ödəyib, həmçinin zərərçəkmişlərin bir neçəsi ondan şikayətçi olmayıb.

Mirsənan Mürsəlizadə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq — külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunaraq məhkum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!